Bərdə sakinlərindən silah və narkotik götürülüb – FOTO

Hadisə

Bərdədə qanunsuz olaraq odlu silahlar saxlayan və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən dörd nəfər müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silahlar və onların komplekt hissələrini saxlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum edilmişlər – Məhərrəm Əmiraslanov və Rauf Bağırov – saxlanılıblar. M.Əmiraslanovun yaşadığı evə baxış keçirilən zaman bir ədəd “Kalaşnikov” markalı avtomat silahı, iki ədəd patron darağı və 53 ədəd patron, R.Bağırovun avtomobilinin yük yerindən isə bir ədəd “TT” markalı tapança, bir ədəd patron darağı və üç ədəd patron aşkar edilərək götürülüb. 

Bundan başqa, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum edilmişlər – İbrahim Həsənov və Arif Quliyev də – saxlanılıblar. İ.Həsənovun üzərindən və idarə etdiyi avtomobildən 41 ədəd bükümdə qablaşdırılmış külli miqdarda heroin, 16 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana, bir ədəd pnevmatik tapança və bir ədəd bank kartı, A.Quliyevin üzərindən isə 45 qramdan artıq tiryək və 100 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir