Bakının Nəsimi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Lent.az xəbər verir ki, hadisə “Kubinka” kimi tanınan ərazidə baş verib.
Belə ki, 2000-ci il təvəllüdlü İslamov Murad İlqar oğlu tanışı ilə söyüş üstündə dava edib.
Dava zamanı M.İslamov bədənin müxtəlif sahələrindən kəsilmiş-deşilmiş xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
www.RIA24.az