Tbilisinin azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) qəsəbəsində ötən gün axşam saatlarında qətl törədilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, 22 yaşlı gənc küçədə anasını bıçaqlayıb, onun yanında olan 54 yaşlı kişini ürək və boğaz nahiyələrindən ölümcül yaralayıb.
Qadın xəstəxanaya çatdırılıb, vəziyyəti ağır kimi qiymətləndirilir.
Hadisəni törədən şəxsin kimliyi müəyyən edilib. Onun saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Qanlı insidentin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı qəsdən adam öldürmə və ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməyə cəhd maddələri üzrə istintaq aparılır.
www.RIA24.az