Azərbaycana gələn Maldiv vətəndaşında heroin TAPILDI – VİDEO

Hadisə

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı-Doha aviareysi ilə gedən sərnişinlərə məxsus baqajlara rentgen qurğusu vasitəsi ilə gömrük baxışı keçirilərkən, Maldiv Respublikası vətəndaşı Mohamed Naasıra məxsus çamadanın alt hissəsində şübhəli təsvirlər müşahidə olunub.

Daha sonra xidmət iti vasitəsilə çamadana baxış keçirilib və it çamadana reaksiya verib. Mohamed Naasır steril zonadan yoxlama otağına dəvət olunaraq ona məxsus çamadana əsaslı gömrük baxışı keçirilib. Yoxlama zamanı çamadanın alt hissəsinə yapışqanla bərkidilmiş sarı rəngli, yastı formalı sellofan paketin içərisindən gömrük nəzarətindən gizlədilən, açıq-qəhvəyi rəngli toz şəklində, xalis çəkisi 3 660 qram təşkil edən narkotik vasitə – heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Əməliyyat görüntülərini təqdim edirik:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir