Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi olub.
APA xəbər verir ki, hadisə Səngəçal qəsəbəsində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Qasımov Faiq Siyasət oğlu qapısını döyən qonşusuna irad bildirib.
Həmin şəxs isə səhvən onun qapısını döydüyünü bildirib. Daha sonra F.Qasımova iki bıçaq zərbəsi vurub.
Ağır xəsarət alan F.Qasımov xəstəxanaya yerləşdirilib.
www.RIA24.az