Şəmkirdə 20 yaşlı gənc bıçaqlanıb

Hadisə

Şəmkirdə bıçaqlanma hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü E.Əliyev mübahisə zəminində bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

E.Əliyevin kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

www.RIA24.az