Qobustan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları narkotik vasitənin təsiri altında avtomobil idarə edən və yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün ciddi təhlükə yaradan sürücünü saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Fərid Şərifov idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri etdiyi üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” əmri verilib.
Sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən həmin şəxsin psixotrop maddə olan metamfetamin qəbul etdiyi müəyyən olunub.
Sürücü F.Şərifov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.
www.RIA24.az