İtaliyanın “Napoli” klubunun stadionunun adı dəyişdirilib.
Bununla bağlı “Football Italia” məlumat yayıb.
Bildirilib ki, “San Paolo” şəhər stadionu əfsanəvi futbolçu Dieqo Armando Maradonanın şəfərinə adlandırılıb.
Maradona 1984-1991-ci illərdə “Napoli”nin şərəfini qoruyub.
Qeyd edək ki, 60 yaşlı Maradona noyabrın 25-də vəfat edib və iki gün sonra Buenos-Ayresdəki “Bella vista” qəbiristanlığında torpağa tapşırılıb.
