Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən bütün klublar təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmayacaq.
Son olaraq “Sumqayıt” və “Keşlə”nin hazırlıq prosesi ilə bağı seçimi bəlli olub.
Onlar da digər 6 komanda kimi pandemiya ilə bağlı vəziyyəti nəzərə alaraq, ölkə xaricinə yollanmaqdan imtina ediblər.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XIII tur dekabrın 24-də gerçəkləşəcək. Çempionatda yanvarın 21-dək fasilə olacaq. Daha əvvəl “Qarabağ”, “Neftçi”, “Sumqayıt”, “Səbail”, “Zirə” və “Qəbələ” ölkə xaricinə yollanmayacaqlarını bəyan ediblər.
