Şahmatçımız dünya çempionu ilə qarşılaşacaq

İdman

Azərbaycan şahmatçısı Günay Məmmədzadə çinli dünya çempionu Yu Venyunla mübarizə aparacaq.
Bu gün Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Women’s Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin üçüncü mərhələsi start götürəcək.
Turnirdə ümumilikdə, 16 şahmatçı mübarizə aparacaq.
Yarışda Azərbaycan şahmatçısı Günay Məmmədzadə də iştirak edəcək. 1/8 finalda şahmatçımızın rəqibi dünyanın ən güclü qadın şahmatçılarından biri, çinli Yu Venyun olacaq.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir