Messi XXI əsrdə ən çox penalti “qaçıran” futbolçudur

İdman

XXI əsrdə penalti zərbələrini ən uğursuz yekunlaşdıran futbolçuların siyahısı hazırlanıb.

“Barselona” klubunun kapitanı Lionel Messi son 20 ildə ən çox 11 metrlik cərimə zərbələri “qaçıran” futbolçuların siyahısında birincidir.

“Transfermarkt” xəbər verir ki, argentinalı hücumçu 2000-ci ildən bəri 22 penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Sıralamada ikinci və üçüncü yerləri “Roma”nın sabiq kapitanı Françesko Totti və “Yuventus”un hazırkı forvardı Kriştianu Ronaldu paylaşır. Hər iki futbolçu karyerası ərzində 18 penaltidən yararlana bilməyib.

Siyahının ilk beşliyini italiyalı hücumçu Antonio Di Natele (14 penalti) və Edinson Kavani (13 penalti) qapadır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir