“Liverpul”un keçmiş müdafiəçisi vəfat edib

İdman

Bakı. Trend:

İngiltərənin “Liverpul” futbol klubunun və Uels milli
komandasının keçmiş müdafiəçisi Co Cons (Joey Jones –ing.) 70
yaşında dünyasını dəyişib.

Trend bu barədə
BBC-yə istinadən xəbər verir.

Sabiq futbolçunun uzun sürən xəstəlikdən vəfat etdiyi
bildirilir.




Sol cinah müdafiəçisi 72 dəfə Uels yığmasının formasında meydana
çıxıb, “Liverpul” klubunda top qovduğu müddətdə Birinci divizion
çempionu olub, iki dəfə Avropa Kupoku, bir dəfə UEFA və bir dəfə
Avropa Super Kubokunun mükafatçısı olub.

O, 1992-ci ildə 37 yaşında peşəkar futbol karyerasını başa
vurmuşdu.