“Səbail” yeni futbolçu transfer edib

İdman

Bakı.Trend:

“Səbail” futbol klubu yeni futbolçu transferi həyata
keçirib.

Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bakı təmsilçisi “Kəpəz”dən ayrılan Nicat Süleymanovu heyətinə
qatıb. 26 yaşlı cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə
imzalanıb.




Qeyd edək ki, “Səbail” bu gün kapitanı Yusif Nəbiyevlə yeni
müqavilə imzalayıb.

Xatırladaq ki, paytaxt klubu 2025/26 mövsümündə Azərbaycan 1-ci
liqasında mübarizə aparacaq.