“Liverpul” və “Çelsi”nin sabiq futbolçusu vəfat edib

İdman

Bakı. Trend:

“Liverpul”un və “Çelsi”nin sabiq futbolçusu Coi Cons dünyasını
dəyişib.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, keçmiş müdafiəçi 70 yaşında vəfat edib.

“Qırmızılar”la avrokubok və UEFA kubokunu qazanan Coi Cons
1975-78-ci illərdə “Liverpul”un heyətində 100 oyun keçirib.

Spread the love