
Bakı. Trend:
“Zirə” futbol klubunun yarımmüdafiəçisi Salifu Suma komandadan
ayrılıb.
Trend xəbər verir
ki, bu barədə “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans
Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” klubuna
qarşı keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında
məlumat verib.
“O, bu gün bizimlə sağollaşdı və yeni klubuna yollandı. Sumanın
çıxışlarını izləməyə davam edəcəyik. Ona yeni klubunda uğurlar
arzulayırıq. Yeni komandasının adını isə açıqlamaq istəmirəm. Tam
olaraq rəsmiləşəndən sonra hər kəs biləcək”, – deyə R.Sadıqov
bildirib.

