UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə start verilib

İdman

Bakı. Trend:

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinə bir görüşlə
start verilib.

Trend xəbər verir
ki, ilk oyun günündə Kosovo təmsilçisi “Ballkani” Maltanın “Floriana” komandası ilə qarşılaşıb.




Görüş “Ballkani”nin 4:2 qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, UEFA Konfrans Liqasında mübarizə aparacaq
təmsilçilərimizdən “Zirə” iyulun 23-də Xorvatiyanın “Hayduk”,
iyulun 24-də meydana çıxacaq “Araz-Naxçıvan” Yunanıstanın “Aris”
klubu ilə, “Sabah” isə Moldovanın “Petrokub” klubu ilə üz-üzə
gələcək.