“Neftçi” Falaye Sako ilə maraqlanır

İdman

Bakı. Trend:

Transfer çalışmalarını sürətləndirən “Neftçi” heyətini
gücləndirmək məqsədilə fəal şəkildə yeni futbolçular
axtarışındadır.

Bu barədə Trend-ə “Neftçi”nin mətbuat xidmətində olan mənbə məlumat verib.

“ağ-qaralar”a təklif olunan futbolçuların sayı çox olsa da, baş
məşqçi Samir Abasov yalnız müəyyən oyunçuların komandaya
qoşulmasını istəyir.




Onlardan biri artıq məlumdur – Falaye Sako.

30 yaşlı müdafiəçi hazırda Fransanın “Monpelye” klubunun
futbolçusudur və “Neftçi”nin maraq dairəsindədir. Transferin baş
tutub-tutmayacağı yaxın günlərdə dəqiqləşəcək.

Qeyd edək ki, bir qədər öncə “Neftçi” rumıniyalı sağ cinah
müdafiəçisi Kristian Kostin ilə 1+1 illik müqavilə imzalayıb.
Klubun heyətini gücləndirmək istiqamətində işləri davam edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir