Tomas Müller karyerasını MLS-də davam etdirəcək

İdman

Bakı. Trend:

“Bavariya”nı tərk edən almaniyalı futbolçu Tomas Müller gələcək
karyerası ilə bağlı qərar verib.

Trend xəbər verir
ki, 35 yaşlı yarımmüdafiəçi ABŞ-a yollanacaq və MLS-də çıxış
edəcək. Futbolçunun xidmətində “Los Anceles” və adı açıqlanmayan
başqa bir MLS klubu maraqlıdır. Müllerin yaxın günlərdə yekun
qərarını verəcəyi gözlənilir.




Qeyd edək ki, Tomas Müller 2000-ci ildən “Bavariya” klubunun
sistemində çıxış edib. O, 13 dəfə Almaniya Bundesliqasının qalibi,
2 dəfə Çempionlar Liqası, Avropa Superkuboku və Klublararası dünya
çempionatının qalibi olub.