Azərbaycanın ikiqat Avropa çempionu karyerasını başa vurub

İdman

Bakı. Trend:

Azərbaycanın ikiqat Avropa çempionu, dünya çempionatının
mükafatçısı və Yay Paralimpiya Oyunlarının ikiqat iştirakçısı,
sabiq parataekvondoçu Əbülfəz Abuzərli idmançı karyerasını başa
vurub.

Milli Paralimpiya Komitəsindən Trend-ə bildirilib ki, o, bundan sonra
fəaliyyətini milli komandada köməkçi məşqçi kimi davam
etdirəcək.




33 yaşlı sabiq paralimpiyaçı hazırda yığmanın baş məşqçisi Fərid
Tağızadəyə köməkçi qismində Avropa Gənclər Paralimpiya Oyunlarında
iştirak etmək üçün İstanbuldadır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir