
Bakı. Trend:
Portuqaliyanın “Portu” komandasının futbolçusu Joau Mario
İtaliyanın “Yuventus” klubuna keçəcək.
Trend xəbər
verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat
yayıb.
Turin təmsilçisi əvəzində Albertu Koştanı qarşı tərəfə
göndərəcək.
Koşta A Seriyasında 9, Mario isə Portuqaliya Liqasında 27 oyun
keçirib.

