“Roma” yeni hücumçu transfer edib

İdman

Bakı. Trend:

İtaliyanın “Roma” klubu İngiltərə “Brayton”undan hücumçu Evan
Ferqyusonu icarəyə götürüb.

Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.




Bildirilib ki, A Seriyası təmsilçisi irlandiyalı forvard üçün
İngiltərə klubuna 3 milyon avro icarə haqqı ödəyəcək.

“Canavarlar” həmçinin, gələcəkdə 40 milyon avro ödəməklə 20
yaşlı hücumçunun birdəfəlik transfer edə biləcək.