
Bakı. Trend:
“Atletiko” yeni transfer gerçəkləşdirib.
Trend xəbər verir ki, bu
barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İspaniya gənclərdən ibarət milli komandasının
müdafiəçisi Mark Pubill “Almeriya”dan “Atletiko”ya keçib.
190 sm boyu olan 22 yaşlı futbolçu ilə 5 illik müqavilə
imzalanıb.
Qeyd edək ki, Mark ötən il İspaniya millisi ilə Paris-2024-ün
qalibi olub.

