
Bakı. Trend:
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa
Gənclər Yay Olimpiya Festivalının cüdo yarışlarında yığmamızın daha
3 üzvü fəxri kürsüyə qalxıb.
Trend xəbər verir ki, Nuranə
Hacızadə (-48 kiloqram) və Zeyd Ələsgərov (-60 kiloqram) gümüş
medala yiyələnib. -52 kiloqram çəki dərəcəsində çıxış edən Aysun
Məmmədova üçüncü yer uğrunda görüşdə fransalı Alis Lopezə ipponla
qalib gələrək bürünc medala sahib çıxıb.
İlk yarış günündə cüdoçularımızdan Gülşən Hüseynova (-44
kiloqram), Rza Xəlilli (-50 kiloqram) və Rəsul Əlizadə (-55
kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal
qazanıblar.
3 qızıl, 2 gümüş və 1 bürünc olmaqla 6 medala malik Azərbaycan
millisi ümumi komanda hesabında liderdir.