“Qarabağ” “Şelburn”u darmadağın edib –

İdman

00:38

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununu keçirib.

Milli.Az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İrlandiyada “Şelburn”un qonağı olub.

Qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Bakıda keçiriləcək.

———
00:29

“Qarabağ” 84-cü dəqiqədə 3-cü qolunu vurur. Nəriman Axundzadə adını tabloya yazdırır.

———
00:26

“Qarabağ” hesab arasındakı fərqi artırır. 81-ci dəqiqədə Aleksey Kaşuk fərqlənir.

——-
23:32

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) – “Qarabağ” maçtında ilk hissə başa çatıb.

“Report” xəbər verir ki, Dublindəki “Tolka Park” stadionunda keçirilən görüşdə Ağdam klubu fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.

Qarşılaşmanın 13-cü dəqiqəsində Leandro Andrade rəqib qapısına yol tapıb.

———–
22:46

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn” – “Qarabağ” matçı start götürüb.

Milli.Az xəbər verir ki, qarşılaşma Dublindəki “Tolka Park” stadionunda keçirilir.

Görüşü xorvatiyalı referi Ante Kulina idarə edir.

Milli.Az