“Araz-Naxçıvan” Konfrans Liqasında mübarizəyə başlayır

İdman

Bakı. Trend:

“Araz-Naxçıvan” bu gün avrokuboklarda mübarizəyə başlayacaq.

Trend xəbər
verir ki, Naxçıvan təmsilçisi Konfrans Liqasının 2-ci təsnifat
mərhələsinin ilk oyunları çərçivəsində Yunanıstan “Aris”i ilə
qarşılaşacaq.

“Dalğa Arena”da keçiriləcək görüş saat 20:00-da start götürəcək.
Matçı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasında cavab görüşü isə iyulun 31-də
Yunanıstanda oynanılacaq və Bakı vaxtı ilə saat 22:15-də
başlayacaq. Cütün qalibi 3-cü təsnifat mərhələsində “Omonia” (Kipr)
– “Torpedo” (Kutaisi, Gürcüstan) cütünün üstünü ilə üz-üzə
gələcək.

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, ilk
oyunlar




24 iyul

20:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “Aris” (Yunanıstan)

Hakimlər: Andrey Kivulete, Mirça Mihail Qriqoriu, Andrey Qabriel
Konstantinesku, Radu Petresku (Rumıniya)

“Dalğa Arena”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir