Azərbaycan idmançıları bu gün üç növdə mübarizə aparacaqlar – Universiada

İdman

Bakı. Trend:

Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay
Universiadasında Azərbaycan təmsilçiləri bu gün üç idman növü üzrə
mübarizə aparacaqlar.

Trend xəbər
verir ki, idmançılarımız cüdo, badminton və kamandan oxatma
yarışlarında qüvvələrini sınayacaqlar.




Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Bədii
gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş
mükafat əldə edib.