“Neftçi” basketbol komandasına yeni baş məşqçi təyin olunub

İdman

Bakı. Trend:

Vitali Stepanovski “Neftçi” basketbol komandasının yeni baş
məşqçisi təyin olunub.

Klubdan Trend
verilən məlumata görə, ukraynalı mütəxəssis əvvəllər “Ximik”
(Ukrayna), “Craiova” (Rumıniya) komandalarının və Ukrayna
millisinin baş məşqçisi olub.




Onun sonuncu iş yeri isə Estoniya təmsilçisi “Parnu” olub.
Vitali Stepanovski həmin komandada da baş məşqçi kimi çalışıb.

Qeyd edək ki, Vitali Stepanovskinin köməkçiləri həmyerlisi Oleq
Qonçarov və gürcüstanlı Daviti Çivçivadze olacaq.

Spread the love