
Bakı. Trend:
Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsi start
götürəcək.
Trend xəbər
verir ki, ilk oyunların hamısı eyni gündə keçiriləcək.
Avropa Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar,
24 iyul
21:00. “Banik” (Çexiya) – “Legiya” (Polşa)
21:00. “Şerif” (Moldova) – “Utrext” (Niderland)
21:30. “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya)
21:30. “Midtülland” (Danimarka) – “Hibernian” (Şotlandiya)
22:00. “Çelye” (Sloveniya) – AEK (Kipr)
22:00. “Anderlext” (Belçika) – “Hakken” (İsveç)
22:00. “Beşiktaş” (Türkiyə) – “Şaxtyor” (Ukrayna)
22:30. “Luqano” (İsveçrə) – ÇFR (Rumıniya)
Qeyd edək ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin
“Petrokub” (Moldova) – “Sabah” (Azərbaycan) cütünün qalibi Avropa
Liqasının “Levski” (Sofiya, Bolqarıstan) – “Braqa” (Portuqaliya)
cütünün məğlubu ilə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində
görüşəcək.
Xatırladaq ki, 2-ci mərhələnin cavab matçları iyulun 31-də
oynanılacaq.