Azərbaycanlı futbolçu Xorvatiya klubuna keçib

İdman

Bakı.Trend:

“Səbail”dən ayrılan Rüfət Abdullazadənin yeni klubu
müəyyənləşib.

Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.




Məlumata görə, 24 yaşlı yarımmüdafiəçi karyerasını “Varazdin”də
(Xorvatiya) davam etdirəcək. Ölkənin əsas çempionatında mübarizə
aparan “Varazdin” Rüfətlə 3 illik müqavilə imzalayıb.

Onun klubla danışıqları “Asadov Pro Bridge” agentliyinin rəhbəri
Emin Əsədov tərəfindən aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir