
Bakı. Trend:
“İmişli” futbolçuları Rəhim Osman və Cavidan Qasımlı ilə
yolların ayırıb.
Trend xəbər verir ki, bu
barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bölgə təmsilçisi hər iki oyunçuya təşəkkür edib
və karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki,növbəti mövsüm Misli Premyer Liqasında mübarizə
aparacaq “İmişli” bunadək Xəlil Bəşirov, Firəddin Abdullayev,
Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin
Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo
Henrik və Xəyal Tomarovla vidalaşıb.