“Araz-Naxçıvan” avrokubokda qələbə ilə debüt etdi

İdman

Bakı. Trend:

Bu gün Azərbaycan Premyer Liqasının bürünc medalçısı “Araz-Naxçıvan” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
avrokubokdakı ilk oyununu keçirib.

Trend-in
məlumatına görə, Elmar Baxşıyevin başçılıq etdiyi komanda “Dalğa
Arena”da Yunanıstanın “Aris” klubu ilə qarşılaşıb.

Oyunun ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra qonaq
komanda önə keçsə də, “Araz-Naxçıvan” geridönüş edərək qələbəni
əldən verməyib.




Təmsilçimizin qollarını Felipe Santos və Patrik Andrade
vurublar. Nəticədə “Araz-Naxçıvan” 2:1 hesablı qələbə ilə cavab
görüşü öncəsi üstünlük qazanıb.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
24 iyul

20:00. “Araz-Naxçıvan” – “Aris” 2:1