“Sabah” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirdi

İdman

Bakı. Trend:

Bakı təmsilçisi “Sabah” bu gün UEFA Konfrans Liqasının II
təsnifat mərhələsində ilk oyununa çıxıb.

Trend-in
məlumatına görə, təmsilçimiz Moldovada “Petrokub” klubunun qonağı
olub.




Baş məşqçi Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah”
Kişineuda qələbə ilə ayrılıb. Qeyd edək ki, Azərbaycan kubokunun
sahibi Avropa Liqasında Sloveniya “Selye”sinə məğlub olmuşdu və bu
dəfə qitənin üçüncü dərəcəli klub turnirində məğlubiyyəti
kompensasiya edib.

Uzun müddət hesab açmaqda çətinlik çəkən “Sabah” 82-ci dəqiqədə
kapitan Pavol Safrankonun qolu ilə önə keçib. Son dəqiqədə vurulan
əlavə qol sayəsində təmsilçimiz Bakıya böyük üstünlüklə
qayıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir