
Bakı. Trend:
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov karyerasını
ölkəmizdə davam etdirəcək. Təcrübəli müdafiəçi “Araz-Naxçıvan”
klubu ilə razılığa gəlib.
Trend-in
məlumatına görə, bu barədə məlumatı UEFA Konfrans Liqasındakı “Aris”lə oyundan sonra Naxçıvan Futbol Federasiyasının prezidenti
və klubun faktiki rəhbəri Zaur Axundov verib.
Onun sözlərinə görə, 30 yaşlı futbolçu ilə danışıqlar yekunlaşıb
və tezliklə rəsmi müqavilə imzalanacaq:
“Sonuncu transferimiz Rahil Məmmədovdur. O, hazırda Polşadadır
və yaxın günlərdə “Araz-Naxçıvan”a qoşulacaq. Danışıqlar 99 faiz
başa çatıb və transferini açıqlayacağıq”, – deyə Axundov
bildirib.
Qeyd edək ki, Rahil Məmmədov son mövsümü Polşanın “Radomyak”
klubunda keçirib.