“Yuventus” Joao Mario Netonu transfer etdi

İdman

Bakı. Trend:

“Yuventus” klubu Portuqaliyanın “Portu” komandasının müdafiəçisi
Joao Mario Netonun transferini rəsmən açıqlayıb.

Trend xəbər verir
ki, tərəflər 2030-cu ilə qədər müddəti əhatə edən müqavilə
imzalayıblar.




Transferin məbləği 11,4 milyon avro təşkil edir və bu məbləğ 4
il ərzində ödəniləcək. Bundan əlavə, Turin təmsilçisi 1,2 milyon
avro dəyərində əlavə xərc də çəkib.

Qeyd edək ki, 24 yaşlı müdafiəçi ötən mövsüm Portuqaliya
çempionatında 27 oyunda iştirak edib və 7 məhsuldar ötürmə ilə
yadda qalıb.

Spread the love