
Bakı. Trend:
İtaliya futbolunun əfsanələrindən sayılan Andrea Pirlonun yeni
iş yeri bəlli olub.
Trend xəbər
verir ki, 46 yaşlı mütəxəssis Birləşmiş Ərəb Əmirliklərində
işləyəcək.
O, həmin ölkənin “Dubay Yunayted” klubunun baş məşqçisi təyin
olunub.