Turan Tovuz"un "Traktor"la oyunu ləğv olundu

İdman

“Turan Tovuz”un Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində iyulun 29-da İran çempionu “Traktor”la nəzərdə tutulan yoxlama matçı baş tutmayacaq.

Modern.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Yoxlama oyununun komandaların hazırlıq planındakı dəyişiklik və klubdan asılı olmayan səbəblərdən keçirilməyəcəyi bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir