
Bakı. Trend:
“Araz-Naxçıvan” mərkəz müdafiəçisi Rahil Məmmədovu transfer
edib.
Trend xəbər
verir ki, Naxçıvan klubu 29 yaşlı futbolçu ilə 1 illik müqavilə
imzalayıb.
R.Məmmədov müxtəlif illərdə “Neftçi”, “Səbail”, “Zirə”,
“Qarabağ”, Polşanın “LKS Lodz” və “Radomiak” klublarında çıxış
edib.
Müdafiəçi həmçinin Azərbaycan milli komandasının da üzvüdür.