“Neftçi” hücumçusu ilə yollarını ayırdı

İdman

Bakı. Trend:

“Neftçi” futbol klubu hücumçu Alfa Konte ilə müqaviləyə
qarşılıqlı razılıq əsasında xitam verib.

Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.




“Syerra Leonedən olan futbolçuya gələcək karyerasında uğurlar
arzulayırıq”, – məlumatda bildirilib.

Qeyd edilib ki, 2024-cü ilin yanvarında transfer olunmuş Konte
“Neftçi”nin heyətində 25 rəsmi oyun keçirib.

Spread the love