Dünyanın ən yaxşı futbol klubları bəlli olub

İdman

Bakı. Trend:

ESPN nəşri XXI əsrin ən yaxşı futbol klublarının reytinqini
təqdim edib.

Trend xəbər verir ki, reytinq
aşağıdakı qaydada tərtib olunub:

1. Əvvəlcə komandaların Avropanın aparıcı liqalarındakı
çıxışları – oyuna görə orta xal və qol fərqi (müvafiq olaraq 60% və
40% çəki ilə) əsas götürülüb.

2. Daha sonra bu göstəricilər hər liqanın son 25 mövsüm üzrə
orta Elo reytinqinə əsasən düzəliş edilib – bu da çempionatların
çətinlik dərəcəsini nəzərə almaq üçündür.

3. Komandalara əlavə xal da verilib – Çempionlar Liqasında:
qalibiyyət,finala, yarımfinala, 1/4 finala və 1/8 finala çıxışa
görə bonuslar tətbiq edilib.

Yekun reytinqdə daxili turnirlərdəki nəticələrin payı 70%,
avrokuboklardakı (xüsusilə Çempionlar Liqası) uğurların payı 30%
təşkil edir.

Nəticə olaraq ESPN-in XXI əsrin ən yaxşı komandaları reytinqi
belə görünür:

1. “Bavariya” – 2012/13

2. “Barselona” – 2014/15




3. “Real” – 2011/12

4. “Barselona” – 2010/11

5. “Liverpul” – 2018/19

6. “Real” – 2015/16

7. “Bavariya” 2013/14

8. “Barselona” 2012/13

9. “Barselona” 2011/12

10. “Mançester Siti” 2017/18

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir