“Neftçi”nin növbəti yoxlama oyunu bu tarixdə keçiriləcək

İdman

Bakı. Trend:

“Neftçi” iyulun 27-də Polşa təlim-məşq toplanışı çərçivəsində
üçüncü yoxlama oyununu keçirəcək.

Bu barədə Trend-ə futbol klubun Mətbuat xidmətindən məlumat
verilib.

Bildirilib ki, “Ağ-qaralar” Yunanıstanın “Asteras Tripolis”
klubu ilə qarşılaşacaq.




Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start
götürəcək matç Keltse şəhərindəki Pilkarski stadionunda təşkil
olunacaq.

Tərəflərin istəyinə əsasən, oyun canlı yayımlanmayacaq.

Qeyd edək ki, “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa”
(2:2) ilə heç-heçə edən “Neftçi” sonuncu sınaq matçını avqustun
1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir