Belçika Qran-prisində poul Lando Norrisin oldu

İdman

Bakı. Trend:

Formula-1 üzrə Belçika Qran-prisinin təsnifat mərhələsi başa
çatıb.

Trend xəbər verir
ki, “Maklaren” komandasının sürücüsü Lando Norris poul mövqeyini
qazanıb. Beləliklə, britaniyalı pilot sabah keçiriləcək əsas yarışa
ilk sıradan start verəcək.

Onun ardınca komanda yoldaşı Oskar Piastri ikinci, “Ferrari”nin
sürücüsü Şarl Lekler isə üçüncü yeri tutub.




Bu gün səhər saatlarında sprint mərhələsinin qalibi olan “Red
Bull” pilotu Maks Ferstappen isə sıralamada 4-cü olub.

Qeyd edək ki, Belçika Qran-prisinin əsas yarışı iyulun 27-si
saat 19:00-da start götürəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir