
Bakı. Trend:
Basketbolun 3×3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi
Dünya Seriyasının Sumqayıt mərhələsində növbəti oyununu
keçirib.
Trend xəbər verir
ki, yığma sonuncu qrup görüşündə Slovakiya seçməsini 21:8 hesabı
ilə məğlub edərək qrup lideri kimi 1/4 finala yüksəlib.
Qeyd edək ki, millimiz 1/4 finalda Çin yığması ilə qarşılaşacaq.
Oyun iyulun 27-si saat 16:00-da başlayacaq.