“Skopye-2025” Avropa Gənclər Olimpiya Festivalına yekun vurulub

İdman

Bakı. Trend:

Şimali Makedoniya və Xorvatiyanın birgə ev sahibliyi etdiyi “Skopye-2025” XVIII Avropa Gənclər Olimpiya Festivalı başa
çatıb.

Trend xəbər verir
ki, Milli Olimpiya Komitəsinin yaydığı məlumata görə, festivalda
Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı 15 idman növü üzrə
mübarizə aparıb. Azərbaycan bu mötəbər yarışda 10 idman növündə 52
idmançı (28 oğlan, 24 qız) ilə təmsil olunub.

Azərbaycan idmançıları yarışları 10 (3 qızıl, 3 gümüş, 4 bürünc)
medalla başa vurub.




Komandamıza qızıl medalları cüdoçular Gülşən Hüseynova (-44
kiloqram), Rza Xəlilli (-50 kiloqram) və Rəsul Əlizadə (-55
kiloqram) qazandırıblar. Cüdo üzrə Nuranə Hacızadə (-48 kiloqram),
Zeyd Ələsgərov (-60 kiloqram) və güllə atıcılığı üzrə Leyli Əliyeva
– Oleq Kerjankin dueti (10 metr pnevmatik tapança) gümüş medal əldə
ediblər. Bürünc medalları isə cüdoçular Aysun Məmmədova (-52
kiloqram), Məhəmməd Ağakişiyev (-73 kiloqram), Sübhan Axundov (+90
kiloqram) və taekvondoçu Yunis Hüseynov (73 kiloqram)
qazanıblar.

Komandamız bu nəticə ilə ümumi medal sıralamasında 17-ci yeri
tutub. Qeyd edək ki, 50 (19 qızıl, 19 gümüş, 12 bürünc) medal
qazanan İtaliya komandası festivalın qalibi olub. Fransa 15 qızıl,
18 gümüş, 5 bürünc medalla ikinci olub. Üçüncü pillədə isə
aktivində 33 (10 qızıl, 11 gümüş, 12 bürünc) medal olan İspaniya
komandası tutub. Türkiyə 26 (10 qızıl, 7 gümüş, 9 bürünc) medalla
dördüncü, Böyük Britaniya isə 22 (10 qızıl, 7 gümüş, 5 bürünc)
medalla beşinci olub. Festivalda 40 ölkənin komandası müxtəlif
əyarlı medallar qazanıb. Cəmi 35 ölkə isə festivalda qızıl medal
sevinci yaşayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir