Viktor Qyökereş “Arsenal”a transfer olunub

İdman

Bakı. Trend:

İsveçli hücumçu Viktor Qyökereş İngiltərənin “Arsenal” klubuna
transfer olunub.

Trend-in
məlumatına görə, bu barədə London klubunun mətbuat xidməti məlumat
yayıb.

Məlumata əsasən, Portuqaliyanın “Sportinq” klubundan transfer
olunan Qyökereş üçün “Arsenal” 63,5 milyon avro ödəyib. Bundan
əlavə, Lissabon təmsilçisi 10 milyon avro məbləğində bonus da əldə
edəcək.




27 yaşlı hücumçu “Arsenal”da əfsanəvi futbolçu Tyerri Anrinin
daşıdığı 14 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Qyökereş 2023-cü ildən “Sportinq”in heyətində
çıxış edib. O, 2023/24 mövsümündə Portuqaliya çempionatında 33
oyuna 29 qol, əvvəlki mövsümdə isə 33 oyuna 39 qol vuraraq
bombardir olub. İsveç milli komandasının heyətində isə 26 matçda 15
qolun müəllifidir.