“Qalatasaray” Harvi Elliottun transferinə yaxındır

İdman

Bakı. Trend:

İstanbulun “Qalatasaray” klubu İngiltərənin “Liverpul”
komandasında çıxış edən yarımmüdafiəçi Harvi Elliottu heyətinə
qatmağa yaxındır.

Trend-in
məlumatına görə, “sarı-qırmızılar” 22 yaşlı futbolçunu icarə
əsasında transfer etməyi planlaşdırır.




Artıq Harvi Elliott İstanbula dəvət olunub, onun meneceri ilə
danışıqların yekun mərhələdə olduğu bildirilir.

Qeyd edək ki, Harvi Elliott 2019-cu ilin yayında “Liverpul”a
transfer olunub. O, 2024/2025 mövsümündə İngiltərə Premyer
Liqasında 28 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda
qalıb. Gənc və perspektivli futbolçunun “Qalatasaray”ın oyun
sisteminə dinamizm qatacağı gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir