
Bakı. Trend:
İyulun 27-də Bakı vaxtı ilə saat 20:00-da Mütləq Döyüş
Çempionatının (UFC) növbəti döyüş gecəsinə start verilib.
Trend-in
məlumatına görə, “UFC 318” turnirinin əsas kart döyüşləri saat
22:00-dan etibarən başlayıb.
Gecənin əsas qarşılaşmasında orta çəki dərəcəsində avstraliyalı
Robert Vitteyker və niderlandlı Reyner de Ridder (RDR) üz-üzə
gəlib. Gərgin keçən döyüşdən qalib kimi ayrılan Reyner de Ridder
olub.
Digər maraqla gözlənilən döyüşdə isə rusiyalı Petr Yan amerikalı
Markus Makciyə qalib gələrək azarkeşlərini sevindirib.
Əsas kartın digər qarşılaşmalarında Şarabutdin Maqomedov
kanadalı Mark-Andre Barriault üzərində qələbə qazanıb. Gecənin
ilkin tədbirində baş tutan İbo Aslan – Billi Elekana döyüşündə isə
ABŞ təmsilçisi üstün olub.

