
Bakı. Trend:
2025/2026-cı il mövsümündə 1-ci Liqada yarışacaq “Səbail”
növbəti futbolçu ilə anlaşıb.
Trend xəbər verir ki, bu
barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən mövsümü “İmişli”də keçirmiş Bahadur Həziyevlə 1+1 illik
müqavilə imzalanıb. Bu, 29 yaşlı yarımmüdafiəçinin paytaxt
təmsilçisinə üçüncü keçidi olub.
Qeyd edək ki, Bahadur 2019/2020-ci və 2020/2021-ci illər
mövsümlərində, həmçinin 2023/2024-cü illər mövsümündə “Səbail”də
çıxış edib.