
Bakı. Trend:
22-26 iyul tarixlərində Portuqaliyanın paytaxtı Lissabon
şəhərində “5th World Gym for Life Challenge”i keçirilib.
Trend xəbər verir ki, bu
möhtəşəm festivalda 33 ölkədən 3700-dən çox gimnast iştirak edib.
Tədbir gimnastikanın yalnız idman deyil, həm də sənət və birliyə
çağırış olduğunu bir daha nümayiş etdirib.
Ölkəmizi bu yarışda “Gimnastika hamı üçün” növü üzrə təmsil edən
milli komandamız da uğurlu çıxışı ilə fərqlənib. Müxtəlif yaş və
bacarıq səviyyəsinə malik üzvlərdən ibarət olan “Flame” komandası
kreativ xoreoqrafiyası, səhnə estetikası və yüksək komanda ruhu ilə
münsiflərin diqqətini cəlb edib və yarışmanın ikinci yerinə layiq
görülüb.