Qadınlar arasında Avropa çempionatının qalibi İngiltərə yığması olub

İdman

Bakı. Trend:

Futbol üzrə qadınlar arasında Avropa çempionatının final
görüşündə İngiltərə və İspaniya yığmaları üz-üzə gəlib.

Trend xəbər verir
ki, İsveçrənin Bazel şəhərində keçirilən qarşılaşmanın əsas vaxtı
1:1 hesablı heç-heçə ilə başa çatıb. Qalibi müəyyən etmək üçün
keçirilən penaltilər seriyasında İngiltərə millisi 3:1 hesabı ilə
üstünlük qazanaraq Avropa çempionu olub.




Beləliklə, İngiltərə qadınlardan ibarət milli komandası
tarixində ikinci dəfə Avropa çempionu tituluna yiyələnib. Komanda
ilk dəfə bu uğura 2022-ci ildə nail olmuşdu.