“Mançester Siti” Fərid Alfa-Ruprexti “Bayer Leverkuzen”ə satıb

İdman

Bakı. Trend:

İngiltərənin “Mançester Siti” klubu 19 yaşlı cinah müdafiəçisi
Fərid Alfa-Ruprextin transferini reallaşdırıb.

Trend xəbər verir
ki, Almaniyanın gənclərdən ibarət yığmasında çıxış edən
Alfa-Ruprext bundan sonra Bundesliqanın “Bayer Leverkuzen” klubunun
heyətində çıxış edəcək.

Gənc futbolçu daha əvvəl “Mançester Siti”nin 21 yaşadək
futbolçulardan ibarət komandasında oynayıb. Onun transferi bir
milyon avrodan bir qədər artıq məbləğə başa gəlib. Müqaviləyə ciddi
bonuslar da daxil edilib.




Bundan əlavə, “Siti” futbolçunun gələcək satışından 40 faiz pay
əldə etmək hüququnu özündə saxlayıb.

Fərid Alfa-Ruprext “Bayer Leverkuzen”lə 30 iyun 2030-cu il
tarixinədək müqavilə imzalayıb.